8 Yanvar 2015 15:42
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, vakant yerlər İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi, Fəlsəfə və ictimai fikir tarixi, Sosial fəlsəfə, Müasir fəlsəfə problemləri, Etika, Estetika, Sosiologiya və sosial psixologiya, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri, Siyasi nəzəriyyələr, Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Cinayət hüququ və cinayət prosesi şöbələri üzrə şöbə müdiri vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər