Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov qış imtahan sessiyasının gedişi ilə tanış olub.
Teleqraf.com-un məlumatın görə, rektor imtahanları izləyib, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb.
İmtahanlar ATU-nun Virtual Test Mərkəzində (VTM), test üsulu ilə kompyüterlər vasitəsilə aparılır. Hər bir tələbə VTM-də şəxsi kodu ilə sistemə daxil olub müvafiq fəndən 1 saat ərzində 50 sualı cavablandıraraq imtahan nəticəsini bilir. İmtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunur. İmtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir. Burada hər gün 2300-2500 tələbə imtahan verir.
Qeyd edək ki, ATU-da qış imtahan sessiyasına bir həftə əvvəldən start verilib. Bu müddət ərzində rektor ikinci dəfədir ki, imtahanların gedişi ilə tanış olmaq məqsədilə imtahanların keçirildiyi VTM-də olur.
Naibə QURBANOVA