2022-ci ildə Azərbaycan və rus bölməsi üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların ümumi statistikası açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan bölməsi üzrə I-IV qruplara imtahan verən oğlan abituriyentlərin 21,55 %-i 0-100, 28,25 %-i 100-220, 21,35 %-i 200-300, 20,56 %-i 300-500, 8,28 %-i isə 500-700 bal toplayıb.
Qız abituriyentlərdə isə bu göstərici 11,73 %-i 0-100, 25,45 %-i 100-200, 21,83 %-i 200-300, 29,80 %-i 300-500, 11,19 %-i isə 500-700 bal olub.
Rus bölməsində isə göstərici aşağıdakı formada olub.
Oğlan abituriyentlərin 15,15 %-i 0-100, 28,05 %-i 100-200, 24,46 %-i 200-300, 24,73 %-i 300-500, 7,60 %-i isə 500-700 bal toplayıb.
Qız abituriyentlərin isə 5,93 %-i 0-100, 21,53 %-i 100-200, 26,75 %-i 200-300, 35,79 %-i 300-500, 9,99 %-i 500-700 bal toplayıb.