4 İyul 2023 11:04
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, Agentliyin mütəxəssisləri gecəboyu yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib. Zəlzələ avtomobil yolu infrastrukturuna ziyan vurmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər