8 Yanvar 2015 18:07
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı – Zahid Qaralovu itirdik”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun vəfatı ilə əlaqədar deyib.

B.Muradova bildirib: “Yeni Azərbaycan Partiyasının ilk kərpicini qoyanlardan birinin, partiya quruculuğunda çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız üçün, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir. Heydər Əliyev ideyalarının və “idealı”nın əbədiyaşar olması yolunda yorulmadan çalışan biri kimi yaddaşlarda və xatirələrdə yaşayacaq bu insanın vəfatından doğan kədərimi ifadə edir, doğmalarına və əzizlərinə dərin hüznlə baş sağlığı verirəm”.

Səxavət


Müəllif: