6 İyul 2023 14:47
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanların ölkəyə necə gətirildiyinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Milli Məclisin iclasında deyib.

Səhiyyə nazirinin müavini bildirib ki, birincisi, bu, bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır:

"Onların hər hansı xəstəliyin müalicəsində təsiri bəzi hallarda azdır, bəzi hallarda isə ümumiyyətlə təsir etmir. Bu da vətəndaşda fikir yaradır ki, dərmanlar keyfiyyətsizdir. İkincisi, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.

Spiker Sahibə Qafarova nazir müavininin bəzi hallarda şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılması ilə bağlı çıxışına toxunub: “Bu baxımdan apardığınız işlərlə bağlı Milli Məclisə və Səhiyyə komitəsinə məlumat verilsin. Siz qeyd etdiniz ki, bununla bağlı mübarizə tədbirləri görülür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər