Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tutduğu vəzifədən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun özü Feysbukda məlumat yayıb.
Paylaşımda bildirib ki, Gənclər və İdman Nazirliyinin qərarı ilə işinə son verilib.
Məlumat üçün bildirək ki, Həmid Nəsirov üç ildən artıq idi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.