10 İyul 2023 16:48
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Bakı və Sumqayıt qarnizonlarına məxsus yanğından mühafizə hissələrinin (YMH) yanğından mühafizə bölmələri (YMB) arasında keçirilən baxış-müsabiqədə hər komandada 7 nəfərdən ibarət heyət olmaqla, ümumilikdə 29 komandadan 203 əməkdaş iştirak edib.

Müsabiqəyə DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları hakimlik edib.

Müsabiqənin yekununda Nəsimi rayon YMH-nin 19 nömrəli YMB-i 1-ci yeri, Binəqədi rayon YMH-nin 2 nömrəli YMB-i 2-ci yeri, Binəqədi rayon YMH-nin 3 nömrəli YMB-i isə 3-cü yeri tutub.

Qaliblərə kubok və diplom təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər