11 İyul 2023 12:59
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər