Xalq rəssamı Fazil Nəcəfov vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Sənətkar iyulun 11-də 88 yaşında dünyasını dəyişib.
Nazirliyin yaydığı nekroloqda qeyd olunur ki, Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. Bir çox əsərlərin, o cümlədən 2014-cü ildə Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsinin müəllifidir.
F. Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!