14 İyul 2023 11:40
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub ki, onlar lisenziya ilə fəaliyyət göstərib diplom veriblər. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki Təhsil və Elm Nazirliyi o diplomları təsdiq etmir. Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar İnstitutu ki, Bakıda olub. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən novbədənkənar iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, lisenziyanı kim verib - dövlət, diplomu kim verib - dövlət, kim şərait yaradıb - dövlət:

"Bəs niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və Təhsil və Elm Nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görürlər. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər