14 İyul 2023 12:42
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu gün keçirilən son iclasda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər