14 İyul 2023 14:12
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda fəhləni elektrik vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Salyan Elektrik Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

14:39

İyulun 14-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər