14 İyul 2023 18:48
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 14-də Daxili İşlər Nazirliyində Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar.

Teleqraf.com xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib, təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Püşkatma yolu keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin ərazi polis orqanlarına, Akademiyanı fərqlənmə diplomu ilə bitirən 4 məzun isə Nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib.

Daxili işlər naziri V.Eyvazov gənc zabitlərə xidməti intizam qaydalarına mütləq qaydada riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyətli və təmkinli olmalarını tövsiyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər