9 Yanvar 2015 13:18
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəskin hava şəraiti ilə əlaqədar rayonlara gedən sərnişinlərin sayı azalıb.

Bu barədə Teleqraf.com-a Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yolunda dünəndən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Sürücülər alternativ yollardan istifadə edirlər.

Növbə rəisi qeyd edib ki, hava şəraiti ilə əlaqədar başqa günlərə nisbətən sərnişin sayı azalıb: “Havanın soyuq, yolların buzlu olmasına görə insanlar yola çıxmaqdan ehtiyatlanırlar. Yanvarın 8-də ümumilikdə regionlara 8 min sərnişin yola salınıb. Bu gün isə rayonlara gedənlərin sayı xeyli azalıb”.

İlhamə


Müəllif: