İyulun 19-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Azərbaycan Mətbuat Şurasının ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən media müsabiqəsinin nəticələri açıqlanaraq qalibləri mükafatlandırılıblar.
Teleqraf.com xəbər verir ki, tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.
ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüblər.
Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib.
Fərqlənən jurnalistlər arasında Teleqraf.com-un əməkdaşı Tapdıq Qurbanlı da va.