20 İyul 2023 23:37
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşlanma tarix boyu bəşəriyyətin mübarizə apardığı bir proses olub. Ta qədimdən insanlarda olan ölümsüzlük istəyi onları dirilik suyunun axtarışından tutmuş insan şüurunun kompüterə köçürülməsinə qədər uzanan bir səyahətə çıxardı.

Alimlərin fikrincə, yaşlanma prosesi insan hüceyrələrinin yenilənməsində olan gecikmələrlə bağlıdır.

Teleqraf.com xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri hüceyrə yaşlanmasını tərsinə çevirə biləcək bir sıra maddələr kəşf ediblər.

PSC adlanan bu birləşmənin kök hüceyrələrə tətbiqi zamanı təcrübəçilər hüceyrə bölünməsinin yavaşıdığını müşahidə ediblər. Alimlərin fikrincə, PSC orqanizmin bütün orqan, toxuma və hüceyrələri üzrə təcrübədən uğurla keçsə, bu kəşf tibdə yeni eranın başlanğıcı olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər