20 İyul 2023 17:55
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Savalan" yaşayış massivi-"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişindaşımanı həyata keçirən 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib gəlib.

"İyulun 24-dən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12 000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - Agentliyin məlumatında deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər