21 İyul 2023 13:54
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən "Xəzri dalğası" taktiki təlimi davam edir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib.

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər