İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüşü olub.
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən görüşdə jurnalistləri salamlayan dosent Vazeh Əskərov Milli mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə media nümayəndələrini təbrik edib. O, Azərbaycanın mətbuat tarixindən söz açaraq "Əkinçi"-dən başlayan Milli mətbuatın xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığnı deyib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov media nümayəndələrinin diqqətinə çatdırıb ki, digər sahələrdə olduğu kimi, Milli mətbuatımızın inkişafında da ulu öndər Heydər Əliyevin xidməti əvəzsizdir. Belə ki, ulu öndərin Sərəncamı ilə 1995-ci ildən hər il iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur.
Sonra ölkəmizdə ali təhislin inkişafından danışan dosent Vazeh Əsgərov ADNSU-da, o cümlədən UFAZ-da təhsilin inkişaf mərhələləri, tədris şəraiti və perspektiv layihələr haqqında jurnalistlərə məlumat verib, media ilə sıx əməkdaşlıq əlaqələrinin olmasının təhsildə olan uğur və yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını bildirib.
Görüşdə media təmsilçiləri – “İki Sahil” qəzetinin redaktoru Zahid Rzayev, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Oruc Mustafayev, Təhsil TV –nin şöbə redaktoru Gülnarə İlham, CBC TV-nin redaktoru Xəyalə Məmmədova, Report İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov, “Respublika” qəzetinin əməkdaşı Məhparə Əliyeva və digər media təmsilçiləri ADNSU və UFAZ-da yeni hədəflər, perspektiv təhsil layihələri və ümumilikdə ali təhsilin inkişafı ilə bağlı dosent Vazeh Əskərova suallar veriblər. Hər iki təhsil müəssisənin mətbuat xidməti vasitəsi ilə jurnalistlərin, həmçinin geniş ictimaiyyətin vaxtı-vaxtında məlumatlandırıldığını qeyd edən media təmsilçiləri səmimi diskusiya şəraitində keçən görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovdan da suallarına cavab alblar.
Sonda jurnalistlər mükafatlandırılıb və xatirə şəkilləri çəkilib.