23 İyul 2023 10:58
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.

Hazırda əraziyə Fövqəladə Hallah Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət edir.

Sahibkarların verdiyi məlumata görə, səbəb kimi, bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia edilir. Bazar ərazisində su anbarının, fövqəladə hal zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə giriş-çıxış yollarının olmaması, mağazalarda yanğın təhlükəsizliyi əleyhinə tələb olunan şərtlərin pozulması göstərilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər