Ali Məhkəmə növbəti Könüllülük proqramına start verib.
Teleqraf.com xəbər verir ki, könüllülər Ali Məhkəmədə fəaliyyət göstərdikləri müddət ərzində yeni bilik və bacarıqlar qazanmaq, dünyagörüşlərini daha da artırmaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edirlər.
Eyni zamanda könüllülərin fərdi inkişafı üçün müxtəlif təlim və seminarlar təşkil edilir. Onlar Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçir, hakimlərin iş təcrübəsini öyrənir və məhkəmənin iş fəaliyyəti ilə yaxından tanış olurlar.
Ali Məhkəmədə könüllülük fəaliyyətinin müddəti 3 ay nəzərdə tutulub.
Qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://supremecourt.gov.az/siteform/registervolunteer