25 İyul 2023 12:34
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev bu gün keçirilən kollegiya iclasında bildirib.

Qeyd olunub ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.

Əlavə olaraq bildirilib ki, 2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər