25 İyul 2023 15:05
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən ölkə üzrə 10095 milyon kVt/saat elektrik enerjisi alınıb, 140 min ədəd elektrik sayğacı quraşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, cari ildə texniki itkilərin maksimum faiz həddi 8,6 % səviyyəsində olacağı proqnozlaşdırılır.

Qurum rəsmisinin sözlərinə görə, avqust ayında 2 milyard 90 milyon kVt/saat elektrik enerjisi tələbatının olacağı nəzərdə tutulur:

"Bu ilin sonuna ölkə üzrə 21 milyard 122,5 milyon kVt/saat elektrik enerjisi həcminin alınması planlaşdırılıb. 2022-ci ildə bu rəqəm 20 milyard 184,5 milyon kVt/saat təşkil edib".

Rüstəm Quliyev qeyd edib ki, bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq: "Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. Bu ilin sonuna 280 mindən çox sayğacın quraşıdırlması nəzərdə tutulub. 2022-ci ildə bu rəqəm 269 min 901 ədəd olub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər