"Azərişıq" ASC "yaşıl enerji zonası"nın tələblərinə uyğun olaraq artıq 35 Kv/saat izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb.
Teleqraf.com-un məlumatına görə, bu sözləri "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu izolyasiyalı kabel xətti ilə həmçinin internet ötürüləcək.
Qurum rəsmisi qeyd edib ki, iğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 932 abonenti var. Bunun 279-u qeyri-əhali abonentləridir və onlar smart sayğaclarla təmin edilib: "Növbəti illərdə bu qurumun abonentlərinin sayı daha da artacaq. "Azərişıq" buna tam hazırdır və istənilən tələbata uyğun olaraq elektrik enerjisini qarşılamaq mümkündür".