Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Göygöl, Daşkəsəndə orta, Gəncə, Naftalan, Tərtər, Ağdamda yüksək, Şəmkir, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Oğuz, Qəbələdə orta yanğın təhlükəsi növünə çatıb.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Qrız, Şahdağ, Xızı) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Qrızda kiçik, Xızı, Şahdağ, Qusarda orta, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi İsmayıllı, Şamaxıda orta, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Lerik, Astara, Yardımlıda orta, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Qeyd edilib ki, iyulun 26-sı gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyyatlı olması tövsiyə olunub.