"Hazırda Ağ Şəhərdə radiasiya ilə bağlı heç bir təhlükə yoxdur".
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, bununla bağlı monitorinqlər aparılıb, vaxtilə orada radiasanın miqdarı ilə əlaqədar təhlükə mövcud olsa da, hazırda heç bir təhlükə əlaməti yoxdur.