26 İyul 2023 17:59
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq ilə bağlı 1 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Gəncə" market

Gəncə şəhəri, Müseyib Bağırov küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

İctimai iaşə müəssisələri

2

"Manqal Dönər" restoranı

Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 29

1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3

"Xan Qızı" restoranı

Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 5

1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4

"Papaq meydan" kafesi

Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 23A

1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

5

"Star" restoranı

Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 8B

1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

6

"Kənd Qəbələ" kafesi

Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 7

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3. Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

7

"Masallı hotel" restoranı

Masallı şəhəri, H.Əliyev prospekti

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

8

"Qızılgül" restoranı

Masallı şəhəri, H.Əliyev prospekti

1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

9

Həsənov Xoşbəxt Allahverən oğluna məxsus yeməkxana

Masallı şəhəri, 20 Yanvar küçəsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər