28 İyul 2023 09:52
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq mediaya çağırış edib.

Qurumdan Teleqraf.com-a bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.

"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur", - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölən A.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşıdır.

Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb.

Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.

***

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər