31 İyul 2023 13:11
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal-qərb Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, eyni zamanda bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqaladə Hallar Komissiyasinn sədri Hikmət Şikarov çıxış edərək rayon ərazisində fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Daha sonra FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Şimal–qərb Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ceyhun Babayev və Mərkəzin Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması sektorunun müdiri Aqşin İbrahimli təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin səmərəsini diqqətə çatdırıb, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili və qarşıda duran problemlər barədə ətraflı çıxış edib, müvafiq təkliflərini veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər