1 Avqust 2023 11:47
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işdən ayrılıb.

Teleqraf.com xəbər verir ki, V.Nəsirov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, əmək fəaliyyətini Dövlət Məşğulluq Agentliyində davam etdirəcək.

Belə ki, V.Nəsirov Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən “Xəzər TV”də işləyib. O, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər