ABŞ-ni təmsil edən yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldən şikayətlənib.
Teleqraf.com xəbər verir ki, o bu barədə öz tviter hesabında paylaşım edib.
Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:
“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.
H.Nakamura daha sonra şəxsi tviter hesabından su verilişinin bərpa olunduğunu bildirib.
Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.
I am finally in Baku for the Fide World Cup, but right on cue there is no water from the sink/shower...a great start.
— Hikaru Nakamura (@GMHikaru) August 1, 2023