1 Avqust 2023 17:01
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Teleqraf.com xəbər verir ki,sessiyada Ali Məclis komitələrinin sədrləri, sədr müavinləri və üzvlərinin adları açıqlanıb. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb, 6 komitədən 2-si ləğv edilib.

Komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da yer alıb.

V.Talıbov Sosial siyasət komitəsinin, S. Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.

Qeyd edək ki, Vasif Talıbov əvvəllər heç bir komitənin üzvü olmayıb. Seymur Talıbov isə əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər