4 Avqust 2023 18:59
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə növbəti müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər.

Belə ki, isti hava və küləyin təsirindən ən kiçik qığılcım belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola bilər.

Bunlarla bağlı FHN növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər