Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə Teleqraf.com-a FHN-dən bildirilib.
Qeyd edilib ki, Oğuz rayonu, Mollalı kəndində vətəndaşa məxsus pay torpağında müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.