Dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Elm və Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - deyə məlumatda qeyd olunub.