Bakıda lotereya biletləri oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində lotereya satışı məntəqələrinin birindən 420 manat dəyərində lotereya bileti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəli Salmanov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, 10-cu Polis Şöbəsinə təhvil verilib.