"Azərbaycan Dəmir Yolları" QSC avqustun 14-dən Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysini ləğv edəcək.
Teleqraf.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.
Odur ki, Bakıdan 13:30-da yola düşən və Sumqayıtdan 14:30-da yola düşən qatar reysi ləğv edilir.