10 Avqust 2023 15:42
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun omikron ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun hesabatında məlumat verilib.

Sənəddə qeyd edilib ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.

“Qlobal miqyasda qeydə alınan yoluxma hallarının nisbətində davamlı artım müşahidə olunur. 29-cu epidemioloji həftədə (2023-cü il iyulun 17-dən 23-dək) EG.5-in qlobal miqyasda yayılması 17,4 faiz təşkil edib”, - hesabatda məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər