12 Avqust 2023 23:01
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini İlyas Ağayevdən müvafiq sənədləri olmadan saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

2023-ci il ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 36 tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər