SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 18 avqust saat 11:00-da başlayacaq.
Bu barədə Teleqraf.com-a "Azəriqaz"dan məlumat verilib.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.