Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinləri F.Əhmədovdan və A.Süleymanovdan müvafiq sənədləri olmayan "TOZ-18" markalı ov tüfəngləri aşkarlanıb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.