21 Avqust 2023 17:54
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Gəncə Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri” və “İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri”, Cənub Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, Şimal Regional Mərkəzi tərəfindən “Kəşfiyyat və müşahidə manqa komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Rabitə manqasının komandirləri” və Aran Regional Mərkəzi tərəfindən “Radiasiya və kimyadan mühafizə manqalarının komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər