22 Avqust 2023 14:49
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılırlar.

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılır.

Teleqraf.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.az-a açıqlamasında narahatlığa heç bir əsas olmadığını bildirib:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər