Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verən yanğın səbəbindən “Statistika dairəsi” istiqamətində yolda sıxlıq yaranıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.