30 Avqust 2023 13:02
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur.

Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram", - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər