2 Sentyabr 2023 15:13
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir tibb elmi nə qədər inkişaf etsə də elə xəstəliklər vardır ki, onlarına yayılmasının qarşısının alınması insanların öz əlindədir. Qohumluğundan, milliyyətindən, dinindən asılı olmayaraq eyni xəstəliyin daşıyıcılarının dünyaya gətirdiyi uşaqların xəstə olma riski də böyükdür. Belə ki, bu xəstəliklərldən xilas olmağın yolu isə bu istiqamətdə əhalinin maarifləndirilməsidir.

Bu məqsədlə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Qan xəstəlikləri ilə bağlı maarifləndirmə və qan donorluğunun təbliği” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin, Mərkəzi Qan Bankının (MQB) mütəxəssislərinin iştirakı ilə Oğuz, Qəbələ, Biləsuvar rayonlarının hər birində 30 nəfər olmaqla 3 maarifləndirmə tədbiri keçiriləcək.

Bundan əlavə mətbuatda qan xəstəlikləri, müalicə imkanları, qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı maarifləndirmə xarakterli 6 yazı hazırlanaraq dərc ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər