Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsullarını məhv edib.
Bu barədə Teleqraf.com-a AQTA-dan məlumat verilib.
“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.