13 Yanvar 2015 14:28
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robbert Gabrielsen ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər