6 Sentyabr 2023 16:54
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda məktəbə telefon gətirməklə bağlı qadağa yoxdur. Amma bu məsələ məktəbin daxili nizam-intizam qaydası ilə həyata keçirilə bilər".

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmirullayev 2023-24-cü tədris ili üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, telefon şagirdin şəxsi əmlakıdır: "Telefonu şagirdin əlindən alıb hara qoyaq? Ümumiyyətlə bu məsələ ilə bağlı təhlil aparılnalmılıdlr. Bəli, dərs zamanı telefondan istifadə etmək olmaz. Amma məktəbə gətirilməməsi ilə bağlı qayda və norma işlənməlidir. Gələcəkdə məktəbə telefon gətirilməsi qadağan oluna bilər. İndiki halda bu, mümkün deyil".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər